Məryəm - 19:64
Biz ancaq Rəbbinin əmri ilə nazil olarıq. Keçmişimiz, gələcəyimiz və ikisi arasında nə varsa Ona aiddir. Rəbbin unutqan deyildir.
Rəbbimiz mələkləri vəhyini çatdırmaq üçün endirir:
Nəhl/16:2
Qullarından istədiyinə, mələkləri vəhylə endirərək, əmrini çatdırır: "İnsanlara xəbərdarlıq edin: Məndən başqa tanrı yoxdur və Məni dinləyin."
Əhzab/33:43
O ki, sizi qaranlıqlardan nura (aydınlığa) çıxarmaq üçün mələkləri ilə birlikdə sizi dəstəkləyir. O, iman edənlərə qarşı Rəhmlidir.
Bəqərə/2:97
Bunu de: “Özündən öncəkiləri təsdiqləyici, iman edənlərə yol göstərici və müjdə olaraq Allahın izni ilə bunu qəlbinə nazil edən Cəbrailə hər kim düşmən olarsa,
Şuəra/26:192
Bu, aləmlərin Rəbbinin nazil etdiyi vəhydir.
Şuəra/26:193
Onu güvənilir Ruh (Cəbrail) nazil etmişdir.
Şuəra/26:194
Sənin qəlbinə... xəbərdar edənlərdən biri olasan deyə.
Ğafir/40:15
Dərəcələri Yüksəldən, Hökmranlığın Sahibi. Görüşmə Gününə qarşı xəbərdar etsin deyə qullarından istədiyinə, əmrlərini əhatə edən vəhyini nazil edir.
Şura/42:51
Allah bir insanla ancaq vəhy yolu ilə və ya bir pərdə arxasından əlaqə qurar, yaxud bir elçi göndərib izni ilə istədiyini vəhy edər. O, Ucadır, Hikmət Sahibidir.
Duxan/44:5
Qatımızdan bir əmr olaraq; Biz elçilər göndəririk.
Duxan/44:6
Rəbbindən bir rəhmətdir. O, Eşidəndir, Biləndir!