Məryəm - 19:75 De ki: "Azğınlığa düşənlərə Rəhman bir möhlət verər. Cəzanı və dünyanın sonunu görüncəyə qədər... Pis yerə və zəif orduya kimin sahib olduğunu öyrənəcəklər."
Allaha ortaq qoşanlar üçün pis yer:
Maidə/5:72 "Allah Məryəm oğlu Məsihdir," – deyənlər əlbəttə inkar etmişdir. Halbuki Məsih, “İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha qul olun!" demişdi. Kim Allaha ortaq qoşarsa, Allah ona Cənnəti qadağan edər, yeri də atəş olar. Zalımlar üçün yardımçı da tapılmaz.

İsra/17:39 Bunlar, Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allah ilə birlikdə başqa tanrı qəbul etmə; əksi təqdirdə qınanmış və qovulmuş olaraq Cəhənnəmə atılarsan.