Məryəm - 19:9 "Bəli elədir, (lakin) Rəbbin, 'O iş Mənim üçün asandır. Daha öncə səni yaratmışdım və sən heç bir şey deyildin' deyir."
'Ol' deyər və o şey olma prosesinə girər:
Bəqərə/2:117 Göyləri və yeri yoxdan icad edəndir. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.

Ənam/6:73 Göyləri və yeri yaradan Odur. "Ol," dediyi gün dərhal olar. Sözü mütləq doğrudur. Boruya üfürüldüyü gün hökmranlıq bütünüylə Onundur. Gizli və aşkar olanı Biləndir. O, Hikmət sahibidir, Xəbərdardır.

Nəhl/16:40 Bir şeyin olmasını istədiyimiz zaman ona sadəcə: "Ol!" deyirik və o da olur.

Məryəm/19:35 Allaha bir övlad isnad etməkdən söhbət gedə bilməz. O bundan uzaqdır. Bir işi istədimi, ona sadəcə "Ol," deyər, o da olar.

Ya sin/36:82 Bir şeyi istədiyi zaman, ona sadəcə "Ol!" deyər və o da dərhal olar.

Ğafir/40:68 Odur yaşadan və öldürən. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.

Ali İmran/3:59 Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.

Ənbiya/21:23 O (Allah), etdiyindən sorğu-sual olunmaz; fəqət onlar sorğu-sual olunar.