Fatihə - 1:5 Ancaq Sənə qulluq/xidmət edər, ancaq Səndən yardım diləyərik.
Nə üçün sadəcə Allahdan yardım diləməliyik?
Nəml/27:62 Darda qalmışın çağırışına qarşılıq verən, pisliyi aradan qaldıran və sizi yer üzünün varisləri edən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Nə qədər az öyüd alırsınız?

Şura/42:26 İman edib müttəqi davrananların çağırışına cavab verir və onlara lütfünü artırır. İnkar edənlər isə çətin (şiddətli) bir cəzaya layiq görülmüşdür.

Nisa/4:45 Allah düşmənlərinizi daha yaxşı bilir. Dost və sahib olaraq Allah yetər! Yardımçı olaraq Allah yetər!

Furqan/25:31 Biz ayrıca hər peyğəmbərə günahkarlardan bir düşmən yaratdıq. Yol göstərən və yardımçı olaraq Rəbbin yetər.

Yusuf/12:18 Köynəyinə yalandan qan bulaşdırmışdılar. Dedi ki: "Doğrusu, eqonuz sizi bir işə sürükləmişdir. Mənə düşən (bu acıya) gözəl şəkildə dayana bilməkdir. Sizin gizli planınıza qarşı ancaq Allahdan yardım istənər."

Ənbiya/21:112 De ki, "Rəbbim, hökmünü gerçəkləşdir. Sizin isnad etdiklərinizə qarşı sadəcə Rəhman olan Rəbbimizdən yardım istənər."

Bəqərə/2:186 Qullarım Məni səndən soruşarlarsa, bilsinlər ki, Mən yaxınam. Məni çağırdığı vaxt çağıranın çağırışına qarşılıq verirəm. Doğru yolu tapa bilmələri üçün onlar da Mənə qarşılıq verməli və Mənə iman etməlidir.

Zumər/39:3 Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.