Ta ha - 20:10
Bir atəş görmüşdü və ailəsinə, "Burada dayanın, Mən bir atəş gördüm. Ola bilər ki, sizə ondan bir köz gətirərəm, yaxud atəşin yanında bir yol göstərici taparam," demişdi.
Musa və ailəsi:
Qasas/28:12
Öncədən, onun süd analarını qəbul etməməsini təmin etdik. Nəhayət (bacısı), "Sizin üçün onun qayğısına qalmağı öhdəsinə götürəcək və onunla yaxşı davranacaq bir ailəni göstərimmi?" dedi.
Qasas/28:13
Beləcə onu anasına döndərdik ki, gözü aydın olsun, üzülməsin və Allahın sözünün gerçək olduğunu bilsin. Halbuki çoxları bilməz.
Qasas/28:14
Yetkinlik çağına gəlib kamilləşincə ona hikmət və bilgi verdik. Yaxşı davrananları belə mükafatlandırırıq.
Qasas/28:15
Xalqının xəbəri olmadığı bir vaxtda şəhərə girmişdi. Orada iki adamın vuruşduğunu gördü; biri onun tərəfindən (İbrani), digəri də düşmən tərəfindən (Misirli) idi. (Onun) tərəfindən olan adam düşməninə qarşı ondan yardım istədi. Buna görə də Musa o birinə bir yumruq vurub işini bitirdi. "Bu şeytanın bir işidir; o bir düşməndir, açıq-aşkar bir azdırıcıdır," dedi.
Qasas/28:16
(Musa) dedi: "Rəbbim! Mən özümə haqsızlıq etdim, məni bağışla." O da onu bağışladı. Çünki O, Bağışlayandır, Rəhmlidir.
Qasas/28:17
(Musa) dedi: "Rəbbim, Mənə bağışladığın nemətlərə qarşılıq olaraq bundan belə günahkarlara yardım etməyəcəyəm."
Qasas/28:18
Qorxu içində, ətrafa göz qoya-qoya şəhərdə səhərə çıxdı. Ondan dünən yardım istəyən adam, fəryad edərək yenə ondan yardım istəyirdi. Musa ona, "Bəlli ki, sən bir bəlalısan," dedi.
Qasas/28:19
Ortaq düşmənlərini yaxalamaq istəyincə, "Musa, dünən birisini öldürdüyün kimi, bu gün də mənimi öldürmək istəyirsən? Sən, yer üzündə müttəqi biri olmaq istəmirsən; bir zülmkar olmaq istəyirsən," dedi.
Qasas/28:20
Şəhərin o biri yanından qaça-qaça gələn bir adam, "Musa! Zadəganlar səni öldürmək üçün öz aralarında danışıqlar aparırlar. Tez buranı tərk et; mən sənə öyüd verməkdəyəm," dedi.
Qasas/28:21
(Musa) qorxu içində, ətrafına baxa-baxa oradan qaçdı. "Rəbbim, məni bu zalım camaatdan qurtar," dedi.
Qasas/28:22
Mədyənə doğru yönəlincə, "Ümid edirəm Rəbbim məni doğruya yönəldər," dedi.
Qasas/28:23
Mədyən suyuna çatdığında, orada heyvanlarını sulayan insanlardan bir qrupa rast gəldi. Onların arxasında kənarlaşdırılıb-qovulan iki qadın gördü. Onlara, "Nə etmək istəyirsiniz?" dedi. "Çobanlar sulayıb çəkilmədən sulaya bilmərik. Atamız da çox yaşlı bir adamdır," dedilər.
Qasas/28:24
Onlar üçün suladı, sonra kölgəyə çəkildi və dedi: "Rəbbim, Sənin mənə bağışlayacağın hər şeyə möhtacam."
Qasas/28:25
Çox keçmədən onlardan biri utana-utana onun yanına gəldi və dedi: "Atam, bizim üçün sulamağına qarşılıq olaraq sənə ücrət vermək istəyir." Onunla qarşılaşıb ona başına gələnləri danışınca o, "Qorxma! Zalım topluluqdan qurtulmusan," dedi.
Qasas/28:26
Onlardan biri, "Atacan, ona iş ver. O, sənin ücrətlə tutduqlarının ən yaxşısıdır; həm güclü, həm də güvənilir biridir," dedi.
Qasas/28:27
Dedi ki: "Mənə səkkiz həcc boyunca işləmək şərti ilə səni bu qızlarımdan biri ilə nikahlamaq istəyirəm. İstəyərsən onu ona (on ilə) tamamlaya bilərsən. Səni sıxıntıya salmaq istəmirəm. Allah istəyərsə, məni müttəqi davranan biri olaraq görəcəksən."
Qasas/28:28
Dedi ki, "Bu, səninlə mənim aramda olan bir sözləşmədir (razılaşmadır). Hansı müddəti yerinə yetirərsəm mənə düşmənçilik olmamalıdır. Danışdıqlarımıza Allah zamindir."
Qasas/28:29
Musa, o müddəti bitirib ailəsi ilə birlikdə yola çıxınca Turun yamacında bir atəş gördü və ailəsinə, "Burada dur, mən bir atəş gördüm. Bəlkə sizə ondan bir xəbər və ya bir atəş közü gətirərəm ki, onunla qızınarsınız," dedi.
Qasas/28:30
Oraya yetişincə (yanan) ağacın olduğu mübarək bölgədə, sağ yamacın kənarından ona səslənildi: "Musa, Mən aləmlərin Rəbbi Allaham."
Qasas/28:31
"Dəyənəyini at!" Onu bir ilan kimi titrəşən görüncə, ardına belə baxmadan dönüb qaçdı. "Musa, (geri) dön, qorxma! Sən güvəndəsən!"
Qasas/28:32
"Əlini qoynuna sal, qüsursuz ağappaq çıxsın. Qorxudan açılan qanadlarını qatlayıb endir. Bu ikisi, Firon və zadəgan dəstəsinə qarşı Rəbbindən iki dəlildir. Onlar yoldan çıxan bir camaat olmuşlar."
Qasas/28:33
(Musa) dedi ki, "Rəbbim, Mən onlardan bir nəfəri öldürmüşdüm. Məni öldürəcəklərindən qorxuram."
Qasas/28:34
"Ayrıca, qardaşım Harun məndən daha yaxşı danışır. Onu mənimlə birlikdə, məni dəstəkləyən bir yardımçı olaraq göndər. Məni yalanlamalarından qorxuram."
Qasas/28:35
(Allah) dedi ki, "Səni bazunu qardaşınla gücləndirəcəyik və ikinizə elə bir səlahiyyət verəcəyik ki, sizə toxuna bilməyəcəklər. Siz ikiniz və sizin ardınızca gedənlər möcüzələrimizlə zəfər qazanacaqsınız."
Qasas/28:36
Musa onların yanına açıq-aşkar ayə və möcüzələrimizlə gedincə, "Bu ancaq uydurma bir sehrdir. Biz belə bir şeyi öncəki atalarımızdan eşitmədik," dedilər.
Qasas/28:37
Musa dedi ki, "Rəbbim, Öz tərəfindən bir hidayətlə gələnin kim olduğunu və axırda kimin qazanclı çıxacağını yaxşı bilir. Zalımlar həqiqətən uğur qazana bilməzlər."
Qasas/28:38
Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.
Qasas/28:3
İman edən bir camaat üçün, Musa ilə Fironun bəzi xəbərini sənə doğru olaraq anlatmaqdayıq.
Qasas/28:4
Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.
Qasas/28:5
Yer üzündə gücsüzləşdirilib əzilənlərə lütf edərək istədik ki, onları öndərlər və varislər edək.
Qasas/28:6
Və onları yer üzünə yerləşdirək, Firon, Haman və ordularına, qorxduqları şeyi göstərək.
Qasas/28:7
Musanın anasına: "Onu əmizdir, ancaq nə zaman onun can güvənliyindən narahat olarsansa onu çaya at. Qorxma, üzülmə. Biz onu sənə döndərəcək və onu elçilərdən biri edəcəyik," deyə vəhy etdik.
Qasas/28:8
Nəhayət Fironun ailəsi, özləri üçün bir düşmən və üzüntü qaynağı olacaq o körpəni götürdü. Firon, Haman və orduları günahkarlar idilər.
Qasas/28:9
Fironun arvadı, "Gözümüz aydın olsun. Onu öldürmə. Bəlkə bizə faydası toxunar, yaxud onu övlad seçərik." Heç bir şeydən xəbərləri yox idi.
Qasas/28:10
Musanın anasının könlü bomboş səhərə çıxdı. İman etməsi üçün könlünə qüvvət verməsəydik, az qala vəziyyəti açığa çıxaracaqdı.
Qasas/28:11
(Anası onun) bacısına, "Onu təqib et," dedi. O da kimsə hiss etmədən uzaqdan təqib etdi.