Ta ha - 20:110
Heç kimsə Onu (Allahın zatını) bilgi baxımından qavraya bilməzkən, O onların keçmişini də, gələcəyini də bilir.
Heç kimsə onu biliklə qavraya bilməz: Əlaqəli
Bəqərə/2:255
Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.
Maidə/5:116
Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
Məryəm/19:64
Biz ancaq Rəbbinin əmri ilə nazil olarıq. Keçmişimiz, gələcəyimiz və ikisi arasında nə varsa Ona aiddir. Rəbbin unutqan deyildir.
Həcc/22:75
Allah mələklərdən və insanlardan elçilər seçər. Əlbəttə, Allah Eşidəndir, Görəndir.
Həcc/22:76
O onların keçmişini də, gələcəyini də bilir. Və bütün işlər Allah tərəfindən kontrol edilir.
Bəqərə/2:31
Adəmə bütün isimləri (vəsfləri) öyrətdi, sonra onları mələklərə göstərib, "Doğrusunuzsa, bunların isimlərini (xüsusiyyətlərini, vəsflərini) siz mənə bildirin," dedi.
Bəqərə/2:32
Dedilər: “Sən Ucasan, Sənin bizə öyrətdiyindən başqa bir biliyimiz yoxdur! Sən Bilənsən, Hikmət Sahibisən!”
Bəqərə/2:33
Dedi: "Adəm! Onların isimlərini bunlara xəbər ver." İsimlərini onlara xəbər verincə, "Sizə, yerin və göylərin sirlərini bilirəm, açığa çıxardığınızı da, gizlədiyinizi də bilirəm deməmişdimmi?" - dedi.