Ta ha - 20:132
Ailənə namazı əmr et və bu mövzunun üstündə önəmlə dur. Biz səndən heç bir ruzi gözləmirik. Əksinə Biz səni bəsləyirik. Aqibət, müttəqilərindir.
İman edənlər namazı nizamlı qılarlar:
Məaric/70:22
Ancaq Namaz qılanlar xaric:
Məaric/70:23
Onlar ki, namazlarını diqqətdən yayındırmazlar;
Məaric/70:34
Namazlarının yaxşı olması üçün böyük səy göstərirlər.
Bəqərə/2:238
Namazlara, xüsusilə orta namaza diqqət edin. Özünüzü tamamilə Allaha verərək namaza durun.
Ənam/6:92
Bu, özündən öncəkiləri təsdiqləyən mübarək bir kitab olaraq, ölkələrin anasını və ətrafındakıları xəbərdar etməyin üçün nazil edilmişdir. Axirətə iman edənlər ona inanırlar və onlar namazlarına da davam edərlər.
Ta ha/20:132
Ailənə namazı əmr et və bu mövzunun üstündə önəmlə dur. Biz səndən heç bir ruzi gözləmirik. Əksinə Biz səni bəsləyirik. Aqibət, müttəqilərindir.
Məryəm/19:55
Ailəsinə namazı qorumağı və zəkatı verməyi əmr edərdi. Rəbbi tərəfindən bəyənilmişdi.
Nur/24:37
Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.