Ta ha - 20:43 "İkiniz Fironun yanına gedin; Çünki o, azdı."
Musa peyğəmbərə yardımçı olaraq qardaşı Harun, peyğəmbər olaraq təyin edildi:

Furqan/25:35 Biz Musaya kitabı vermiş və qardaşı Harunu da ona yardımçı olaraq təyin etmişdik.

Şuəra/26:10 Bir zaman Rəbbin Musaya səslənmişdi: "O zalım camaatın yanına get"
Şuəra/26:11 "Fironun xalqının yanına; dinləyib düzəlməyəcəklərmi?"
Şuəra/26:12 Dedi ki, "Rəbbim, onların məni yalanlamalarından qorxuram."
Şuəra/26:13 "Köksüm daralır, dilim açılmır; qardaşım Harunu göndər."
Şuəra/26:14 "Ayrıca, onların yanında günahkar biriyəm. Qorxuram ki, məni öldürsünlər."
Şuəra/26:15 Dedi ki, "Xeyr, siz ikiniz ayələrimizlə (vəhy və möcüzələrimizlə) gedin. Biz sizinlə birlikdəyik; dinləyirik."

Qasas/28:30 Oraya yetişincə (yanan) ağacın olduğu mübarək bölgədə, sağ yamacın kənarından ona səslənildi: "Musa, Mən aləmlərin Rəbbi Allaham."
Qasas/28:31 "Dəyənəyini at!" Onu bir ilan kimi titrəşən görüncə, ardına belə baxmadan dönüb qaçdı. "Musa, (geri) dön, qorxma! Sən güvəndəsən!"
Qasas/28:32 "Əlini qoynuna sal, qüsursuz ağappaq çıxsın. Qorxudan açılan qanadlarını qatlayıb endir. Bu ikisi, Firon və zadəgan dəstəsinə qarşı Rəbbindən iki dəlildir. Onlar yoldan çıxan bir camaat olmuşlar."
Qasas/28:33 (Musa) dedi ki, "Rəbbim, Mən onlardan bir nəfəri öldürmüşdüm. Məni öldürəcəklərindən qorxuram."
Qasas/28:34 "Ayrıca, qardaşım Harun məndən daha yaxşı danışır. Onu mənimlə birlikdə, məni dəstəkləyən bir yardımçı olaraq göndər. Məni yalanlamalarından qorxuram."
Qasas/28:35 (Allah) dedi ki, "Səni bazunu qardaşınla gücləndirəcəyik və ikinizə elə bir səlahiyyət verəcəyik ki, sizə toxuna bilməyəcəklər. Siz ikiniz və sizin ardınızca gedənlər möcüzələrimizlə zəfər qazanacaqsınız."