Ta ha - 20:53 O ki yer üzünü sizin üçün yaşayış yeri etdi, sizin üçün onda yollar açdı, göydən bir su endirdi və həmçinin onunla cürbəcür bitkilər bitirdik.
Endirdiyi bir su (tək növ su) ilə fərqli dadlarda məhsullar çıxartdı:
Rad/13:4 Yer üzündə, bir-birinə qonşu torpaq hissələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurmalıqlar vardır. Bunların hamısı eyni su ilə sulanmalarına rəğmən ləzzət baxımından bir-birindən fərqli etmişik. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.