Ta ha - 20:76 Ədn bağçaları ki, altından çaylar axar. Orada əbədi qalacaqlar. Təmizlənənlərin mükafatı bax belədir.
Təmizlənənlər: Məqsəd nədir?

Şəms/91:8 Sonra da ona pisliyini və müttəqiliyini bildirənə and olsun ki;

Əhzab/33:33 Evlərinizdə oturun və keçmiş cahiliyyə dövründəki kimi insanlarla çox iç-içə (yaxın) olmayın. Namazı qoruyun, zəkatı verin, Allah və elçisinə tabe olun. Ey Kəbənin çevrəsində yaşayanlar, Allah sizdən günahları qaldırmaq və sizi tamamilə təmizləmək istəyir.

Fatir/35:18 Kimsə kimsənin günahını yüklənməz. Günahla yüklənmiş birisi yükünü daşımaq üçün əqrəbalarını belə çağırsa onun yükündən heç bir şey daşınmaz. Sən yalnızca, öz başlarına ikən Rəblərinə hörmət edən və namazı qoruyan şəxsləri xəbərdar edə bilərsən. Kim özünü təmizləyərsə, öz xeyrinə təmizlənmişdir. Dönüş Allahadır.

Leyl/92:19 Heç kimsədən də buna qarşılıq bir yaxşılıq gözləməz.
Leyl/92:20 Sadəcə Ən Uca olan Rəbbinin rizasını qoruyur.

Tovbə/9:103 Onları təmizləmək və ucaltmaq üçün paralarından bir sədəqə al və onları təşviq et / dəstəklə, çünki sənin dəstəyin onları məmnun edər. Allah Eşidəndir, Biləndir.