Ta ha - 20:79
Firon, xalqını azdırdı, doğru yola yönəltmədi.
Firon xalqını necə azdırdı?
Zuxruf/43:51
Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
Zuxruf/43:52
"Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
Zuxruf/43:53
"Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"
Zuxruf/43:54
Beləcə xalqını yanıltdı və onlar da ona uydular. Onlar bayağı insanlar idi.
Zuxruf/43:55
Bizimlə savaşmaqda israr edincə onlardan öc (intiqam) aldıq, hamısını boğduq.
Qasas/28:38
Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.
Yunus/10:83
Firon və əyanlarının işgəncə və təzyiqindən qorxduqları üçün Musaya, xalqından ancaq bir neçə nəfər iman etdi. Firon, yer üzündə həddi çox aşan bir tiran idi.