Ta ha - 20:86
Musa, qəzəbli və məyus halda xalqının yanına döndü və, "Xalqım, Rəbbiniz sizə gözəl bir söz verməmişdimi? Gözləyə bilmədinizmi? Yoxsa Rəbbinizin qəzəbinə uğramaq üçünmü mənimlə etdiyiniz sözləşməni pozdunuz," dedi.
Rəbbimiz, Musa peyğəmbər vasitəsi ilə İsrail oğullarından sadəcə Özünə qulluq/xidmət edəcəklərinə dair söz almışdı:
Bəqərə/2:83
İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.