Ta ha - 20:87
(Onlar:) "Sənə verdiyimiz sözü öz başımıza görə pozmadıq. O xalqın süs əşyaları bizə daşıtdırıldı. Onları atdıq. Samiri bax belə bir şey ortaya çıxartdı," dedilər.
Rəbbimiz, Musa peyğəmbər vasitəsi ilə İsrail oğullarından sadəcə Özünə qulluq/xidmət edəcəklərinə dair söz almışdı:
Bəqərə/2:83
İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.