Ənbiya - 21:101
Ancaq özlərinə xoşbəxt bir aqibət müəyyən etdiklərimiz xaric, onlar ondan uzaqlaşdırılacaqlar.
İman edənlər Cəhənnəmdən necə uzaqlaşdırılacaqlar?
Məryəm/19:68
Rəbbinə and olsun, onları və şeytanları toplayacağıq. Sonra onları cəhənnəmin ətrafına gətirəcəyik. Diz çökmüş halda...
Məryəm/19:69
Sonra hər qrupdan, Rəhmana qarşı azğınlıqda irəli gedənləri seçib-ayıracağıq.
Məryəm/19:70
Orada yanmağa ən çox kimin layiq olduğunu əlbəttə Biz daha yaxşı bilirik.
Məryəm/19:71
İçinizdən oraya gəlməyəcək (olan) yoxdur; bu, Rəbbinin gerçəkləşdirəcəyi qəti bir qərardır.
Məryəm/19:72
Sonra, müttəqiləri qurtaracağıq. Zalımları isə orada diz üstə buraxacağıq.
Ğafir/40:9
"Onları pisliklərdən qoru. O gün kimi pisliklərdən qoruyarsan onlara rəhmət etmişsən. Böyük zəfər budur."