Ənbiya - 21:105 Zikrdən sonra Zəburda da, "Yer üzünə Mənim müttəqi qullarım varis olacaq," deyə yazıb qeyd etmişdik.
Dünyanın sonu ilə birlikdəbu yer üzü başqa yer üzünə (cənnət) çevriləcək:
Zumər/39:74 "Bizə verdiyi sözü gerçəkləşdirən, yeri bizə miras buraxan və cənnətdə istədiyimiz yerdə sakin olmağımızı təmin edən Allaha təriflər olsun", deyərlər. Çalışanların (səy göstərənlərin) ücrəti necə də gözəlmiş!

İbrahim/14:48 Yerin başqa bir yer ilə, göylərin də başqa göylərlə dəyişdirildiyi, hər kəsin Tək və Ən Uca olan Allahın hüzuruna gətirildiyi gün...

İsra/17:99 Göyləri və yeri yaradan Allahın, onların bir bənzərini təkrar yaratmağa qadir olduğunu düşünmürlərmi? Həqiqətən, (Allah) onlar üçün bəlli və qəti bir vaxt qoymuşdur. Zalımlar hələ də inkar edirlər.