Ənbiya - 21:14 "Vay bizim halımıza, biz gerçəkdən zülm edənlərmişik," dedilər.
Əzabımız gəldiyində, Gerçəkdən bizlər zalımlar idik, dedilər:
Əraf/7:5 Onlara əzabımız gəldiyi vaxt, "Gerçəkdən biz zalım olmuşuq," deməkdən başqa sözləri olmadı.

Ənbiya/21:62 "İbrahim, tanrılarımıza bunu sənmi etdin?" dedilər.
Ənbiya/21:63 "Xeyr, o işi bax bu böyükləri etdi. Onlardan soruşun, əgər danışa bilirlərsə!" dedi.
Ənbiya/21:64 Öz vicdanlarına dönüb, öz-özlərinə bunu söylədilər: "Gerçəkdən siz zalımlarsınız."

Qaləm/68:17 Onları sınadıq; eyni bağça sahiblərini sınadığımız kimi. Səhər vaxtı dərib-toplayacaqlarına and içmişdilər.
Qaləm/68:19 Onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən bir ziyarətçi (fırtına) bağçalarını ziyarət etdi.
Qaləm/68:22 "Dərib-toplayacaqsınızsa, haydı əkinlərinizə erkən gedin."
Qaləm/68:23 Elə bu vaxt yola çıxdılar, aralarında danışırdılar.
Qaləm/68:24 "Diqqətli olun, bu gün heç bir yoxsul oraya yanınıza girməsin."
Qaləm/68:26 Fəqət bağçanı görüncə, "Biz yolu çaşmışıq," dedilər.
Qaləm/68:28 Ortancıları (müttəqiləri), "Mən sizə demədimmi? Rəbbinizi ucaltmanız lazım deyildimi?" dedi.
Qaləm/68:29 Dedilər ki, "Rəbbimiz Ucadır, Biz zalımlar imişik."
Qaləm/68:30 Və dərhal bir-birlərini günahlandırmağa başladılar.
Qaləm/68:31 Dedilər ki, "Təəssüflər olsun bizə. Azğınmışıq."