Ənbiya - 21:2 Hər nə vaxt Rəblərindən onlara yeni bir mesaj (zikr) gəlsə, onu ciddiyə almadan dinləyərlər.
İnkar edənlərin onlara gələn mesaja qarşı ümumi rəftarları:
Ənfal/8:31 Ayələrimizi dinlədikləri zaman, "Eşitdik, istəsək biz də bunun bir bənzərini gətirərik. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyildir," deyirdilər.

Səba/34:43 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman: "Bu, həqiqətən, sizi atalarınızın qulluq/xidmət etmə yolundan azdırmaq istəyən bir adamdır." Üstəlik, "Bu, uydurulmuş bir iftiradan başqa bir şey deyildir," dedilər. İnkar edənlər, özlərinə gələn gerçək üçün dedilər: "Açıq-aydın, bu bir sehrdir."

Loğman/31:6 İnsanlardan bəzisi var ki, insanları bilgisizcə Allahın yolundan azdırmaq və onu kiçik hesab etmək üçün təməlsiz hədislərə sarılarlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
Loğman/31:7 Ona ayələrimiz oxunduğu zaman, sanki onu heç eşitməmiş kimi, sanki qulaqlarında ağırlıq (karlıq) varmış kimi böyüklənərək arxa çevirər. Ona ağrılı-acılı əzabı müjdələ.

Casiyə/45:8 Ona oxunan Allahın ayələrini eşitdikdən sonra, sanki onları heç eşitməmiş kimi təkəbbür göstərərək müqavimət göstərir. Onu ağrılı-acılı bir cəza ilə müjdələ.
Casiyə/45:9 Ayələrimizdən bir şey öyrəndiyi zaman onu məsxərəyə qoyar. Onlar üçün alçaldıcı bir əzab var.

Nisa/4:46 Yəhudilərin bir qismi kəlmələrin mənasını dəyişdirir və "eşitdik ancaq qəbul etmirik", və ya "sözünüz kar qulağa girir" və ya dini məsxərəyə qoymaq üçün dillərini əyib-bükərək, "Raina (çobanımız ol)" deyərlər. Onlar, "Eşitdik və itaət etdik", "Dinləyirik" və "Bizə nəzər sal", desəydilər özləri üçün daha yaxşı və daha doğru olardı. Lakin Allah inkarlarına görə onları lənətləmişdir. Çoxları iman etməz.

Ənam/6:25 Onların bir qismi səni dinləyir. Fəqət, qəlbləri üzərinə anlamalarına əngəl olacaq pərdələr, qulaqlarına da ağırlıq qoyarıq. Hər bir möcüzəni görsələr də ona iman etməzlər. Buna görə sənin yanına gəldiklərində səninlə mübahisə edir və inkar edənlər, "Bu ancaq bir əfsanədir," deyir.
Ənam/6:93 Allah adına yalan uydurandan və özünə heç bir şey vəhy edilmədiyi halda, "Mənə vəhy edilir," deyəndən və "Allahın endirdiyi kimi mən də endirəcəyəm," deyəndən daha zalım kim ola bilər? Can verdikləri vaxt zalımları bir görəsən! Mələklər, əllərini uzatmışdır: "Canınızı verin! Allah haqqında gerçək olmayanı söyləmənizə və Onun ayələrini (vəhyini və möcüzələrini) kibr və qürurla qarşılamanıza görə bu gün utandırıcı əzabla cəzalandırılacaqsınız."

Əraf/7:146 Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.

Yunus/10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."

Məryəm/19:73 Onlara ayələrimiz açıq-aşkar olaraq oxunduğu zaman inkar edənlər iman edənlərə, "Hansımız rifah və say baxımından daha çox üstünlüyə sahibdir?" deyərlər.

Həcc/22:72 Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, inkar edənlərin üzündə inkarçılığı oxuyarsan. Onlara ayələrimizi oxuyanların üzərinə az qala hücum edəcəklər. De ki, "Bundan daha pisini sizə bildirimmi? Atəş! Allah onu kafirlərə vəd etmişdir. Necə də pis bir aqibətdir!"

Muminun/23:24 Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Muminun/23:64 Varlılarını (zənginlərini) cəzaya məruz qoyduğumuzda, fəryad etməyə başlayarlar.
Muminun/23:65 Fəryad etməyin; bu gün tərəfimizdən heç bir yardım görməyəcəksiniz.
Muminun/23:66 Sizə ayələrim oxunurdu, (siz isə) arxa çevirirdiniz.
Muminun/23:67 Ona qarşı təkəbbür göstərirdiniz. Saçmalayaraq gecələyirdiniz.

Şuəra/26:5 Hər nə zaman Rəhmandan onlara yeni bir mesaj gəlsə, mütləq ondan üz çevirərlər.
Şuəra/26:6 Yalanladıqları üçün, (məsxərəyə qoyub) əyləndikləri şeylərin xəbərləri onlara yetişəcəkdir.

Ya sin/36:30 Xalqın halı çox yazıq (acınacaqlı) oldu. Onlara hər nə zaman bir elçi gəlsə, ona istehza edirdilər.

Saffat/37:14 Bir dəlil gördüklərində onu məsxərəyə qoyurlar.
Saffat/37:15 Deyərlər: "Bu, açıq-aşkar bir sehrdən başqa bir şey deyildir."
Saffat/37:16 "Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"

Sad/38:4 Onlara, özlərindən bir xəbərdarlıq edənin gəlməsinə yadırğadılar. İnkar edənlər, "Bu çox yalançı bir sehrbazdır," dedilər,

Casiyə/45:25 Onlara açıq-aydın ayələrimiz oxunduğunda, "Doğru sözlüsünüzsə, atalarımızı geri gətirin," deməkdən başqa dəlilləri yoxdur.
Casiyə/45:31 İnkar edənlərə gəlincə, "Ayələrimiz sizə oxunmuş və siz də təkəbbür göstərib günahkar bir topluluq olmamışdınızmı?
Casiyə/45:32 Onlara Allahın sözünün bir gerçək, və Saatın qətiləşməsi qaçılmaz bir hadisə olduğu söyləndiyində siz, "Saatın nə olduğunu bilməyirik! Biz sadəcə müxtəlif gümanlara sahibik və bu mövzuda qəti bir bilgi əldə etmiş deyilik," deyirdiniz.

Əhqaf/46:3 Biz göyləri, yeri və aralarındakıları ancaq bəlli bir məqsədə görə və bəlli bir müddət üçün yaratdıq. İnkar edənlər xəbərdarlığa əhəmiyyət verməməkdədirlər.
Əhqaf/46:7 Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, özlərinə gələn gerçəyə qarşı çıxanlar: "Bu, açıq-aydın bir sehrdir" dedilər.

Qaləm/68:15 Ayələrimiz ona oxunduğu zaman: "Əfsanədir," deyər.

Mutaffifin/83:12 Onu ancaq azğın günahkarlar yalanlayar.
Mutaffifin/83:13 Ona ayələrimiz yetişdiyində, "Əfsanədir" deyərdi.

İnşiqaq/84:21 Onlara Quran oxunduğunda nə üçün qəbul etmirlər?