Ənbiya - 21:24 Ondan başqa tanrılarmı qəbul etdilər? De ki: "Dəlilinizi gətirin. Bu, mənim zamanımdakıların da mesajıdır, məndən öncəkilərin də mesajıdır." Ancaq çoxları anlamır deyə gerçəkdən üz çevirirlər.
Allahın yaratdığı kimi nə yaradıblar göstərin, yoxsa onların tanrı olduqlarını dəstəkləyən bir bilgiyəmi (vəhyəmi) sahibdilər?
Fatir/35:40 De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.

Ənbiya/21:24 Ondan başqa tanrılarmı qəbul etdilər? De ki: "Dəlilinizi gətirin. Bu, mənim zamanımdakıların da mesajıdır, məndən öncəkilərin də mesajıdır." Ancaq çoxları anlamır deyə gerçəkdən üz çevirirlər.

Əhqaf/46:4 De ki: "Allahdan başqa yalvardıqlarınıza bir baxın. Onların yerdən nəyi yaratdığını mənə göstərin. Yoxsa göylərdə onların bir ortaqlığımı var? Bundan öncə bir kitab və ya bir elmi sənəd gətirin, doğru sözlüsünüzsə?"


Nəcm/53:23 Onlar, sizin və atalarınızın qoyduğu isimlərdən başqa bir şey deyildir və Allah onlar üçün heç bir dəlil nazil etməmişdir. Onlara, Rəblərindən bir yolgöstərici gəldiyi halda, sadəcə zehinlərindəki yanlış düşüncələrinin və şəxsi arzularının ardınca gedirlər.

Muminun/23:117 Hər kim Allahla birlikdə, heç bir dəlilə sahib olmayan başqa bir tanrıya da qulluq edərsə, onun hesabı Rəbbinin qatındadır. Şübhəsiz kafirlər müvəffəq ola bilməzlər.

Kəhf/18:15 "Bu xalqımız Ondan başqasını tanrılar qəbul etdi. Onların tanrı olduğunu açıq bir dəlillə dəlilləndirməli deyildilərmi? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?"