Ənbiya - 21:28 O (Allah) onların keçmişini və gələcəyini bilir. Onlar Onun razı olduğu qullarından başqası üçün şəfaət etməzlər. Onlar belə Onun qarşısında hörmətdən tir-tir əsirlər.
Allah elçilərin keçmişini və gələcəyini bilir:
Maidə/5:116 Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."