Ənbiya - 21:31 Onları yırğalamasın deyə yer üzündə dağları yerləşdirdik. Yolu tapa bilmələri üçün onda geniş keçidlər açdıq.
Yolu tapa bilməyimiz üçün:
Ənam/6:97 Qurunun və dənizin qaranlıqlarında yollarınızı tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Bilən bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.

Nəhl/16:15 Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi, yolu tapa bilməniz üçün də çaylar və yollar,

Nəml/27:63 Qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən kimdir? Rəhmətindən öncə küləkləri müjdə olaraq göndərən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Allah ortaq qoşduqlarından çox ucadır.

Ənbiya/21:31 Onları yırğalamasın deyə yer üzündə dağları yerləşdirdik. Yolu tapa bilmələri üçün onda geniş keçidlər açdıq.

Nəhl/16:16 Və gözə dəyən işarətlər... Ulduzlarla da yol tapırlar.

Zuxruf/43:10 O ki, yer üzünü məskunlaşmanız üçün əlverişli etdi və doğru getməniz üçün sizə orada yollar açdı.

Nuh/71:19 Allah yer üzünü sizin üçün bir məskunlaşma yeri etdi.

Ta ha/20:53 O ki yer üzünü sizin üçün yaşayış yeri etdi, sizin üçün onda yollar açdı, göydən bir su endirdi və həmçinin onunla cürbəcür bitkilər bitirdik.