Ənbiya - 21:32 Göyü qorunmuş bir tavan etdik. Buna rəğmən onlar ondakı işarətlərə maraq göstərməməkdədirlər.
Əlaqəli:
Ənbiya/21:32 Göyü qorunmuş bir tavan etdik. Buna rəğmən onlar ondakı işarətlərə maraq göstərməməkdədirlər.

Rum/30:25 Göyün və yerin Onun əmri ilə ayaqda durması da Onun ayələrindəndir. Sonra sizi yerdən bir tək çağırışla çağırdığı vaxt siz çıxacaqsınız.

Həcc/22:65 Allahın yerdəki şeyləri və əmri ilə dənizdə axıb gedən gəmiləri xidmətinizə verdiyini və göyü, izni olmadan yerin üzərinə düşməkdən qoruduğunu görmürsənmi? Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.