Ənbiya - 21:46 Onlara, Rəbbinin əzabından xəfif bir yel toxunsa, "Vay bizim halımıza, biz gerçəkdən zalımlarmışıq," deyərlər.
"Əzablmız gəldiyində, Gerçəkdən bizlər zalımlar idik, dedilər": Əlaqəli
Ənbiya/21:11 Neçə-neçə ölkələri, haqsızlıq etmələrindən ötrü qırıb məhv etdik və onların ardınca başqa cəmiyyətlər yaratdıq.
Ənbiya/21:12 Əzabımızı hiss etdikləri anda ondan qaçmağa çalışırdılar.
Ənbiya/21:13 Qaçmayın, dəbdəbəli və israfçılıq üçün yaşadığınız yerə, evlərinizə dönün. Çünki sorğu-suala çəkiləcəksiniz.
Ənbiya/21:14 "Vay bizim halımıza, biz gerçəkdən zülm edənlərmişik," dedilər.
Ənbiya/21:15 Onları biçib-bitirənə qədər bu yalvarmalarını təkrarlayacaqlar.

Qaləm/68:17 Onları sınadıq; eyni bağça sahiblərini sınadığımız kimi. Səhər vaxtı dərib-toplayacaqlarına and içmişdilər.
Qaləm/68:19 Onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən bir ziyarətçi (fırtına) bağçalarını ziyarət etdi.
Qaləm/68:22 "Dərib-toplayacaqsınızsa, haydı əkinlərinizə erkən gedin."
Qaləm/68:23 Elə bu vaxt yola çıxdılar, aralarında danışırdılar.
Qaləm/68:24 "Diqqətli olun, bu gün heç bir yoxsul oraya yanınıza girməsin."
Qaləm/68:26 Fəqət bağçanı görüncə, "Biz yolu çaşmışıq," dedilər.
Qaləm/68:28 Ortancıları (müttəqiləri), "Mən sizə demədimmi? Rəbbinizi ucaltmanız lazım deyildimi?" dedi.
Qaləm/68:29 Dedilər ki, "Rəbbimiz Ucadır, Biz zalımlar imişik."
Qaləm/68:30 Və dərhal bir-birlərini günahlandırmağa başladılar.
Qaləm/68:31 Dedilər ki, "Təəssüflər olsun bizə. Azğınmışıq."

Əraf/7:5 Onlara əzabımız gəldiyi vaxt, "Gerçəkdən biz zalım olmuşuq," deməkdən başqa sözləri olmadı.

Ənbiya/21:46 Onlara, Rəbbinin əzabından xəfif bir yel toxunsa, "Vay bizim halımıza, biz gerçəkdən zalımlarmışıq," deyərlər.