Ənbiya - 21:72 Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.
İbrahimə İshaq və Yəqub nə üçün mükafat olaraq verildi?
Məryəm/19:46 (Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Məryəm/19:47 (İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."
Məryəm/19:48 "Sizdən və Allahdan başqa yalvardıqlarınızdan ayrılıram. Mən Rəbbimə yalvarıram. Ümid edirəm ki, Rəbbimə yalvarmaqla bəxtsiz (bədbəxt) olmaram."
Məryəm/19:49 Onları və Allahdan başqa qulluq/xidmət etdiklərini tərk edincə ona (İbrahimə) İshaqı və Yəqubu verdik. Hamısını peyğəmbər etdik.
Məryəm/19:50 Onlara rəhmətimizdən verdik. Onlara doğru və şərəfli bir dil bağışladıq.