Ənbiya - 21:76 Daha öncə Nuh da Bizi çağırmışdı. Onu və ailəsini böyük sıxıntıdan qurtararaq duasına cavab verdik.
Nuh necə çağırmışdı?
Qamər/54:10 Rəbbini çağırdı, "Mən məğlub oldum; Mənə yardım et."
Qamər/54:11 Bunun üzərinə göyün qapılarını şiddətlə axıb tökülən sularla açdıq.

Muminun/23:25 "O, sadəcə dəli bir adamdır. Hələ bir müddətə qədər onu gözləyin."
Muminun/23:26 Dedi ki, "Rəbbim, məni yalanlamalarına qarşı mənə yardım et!"
Muminun/23:27 Bundan sonra ona belə vəhy etdik: "Gözümüzün önündə və vəhyimizə uyğun olaraq gəmini düzəlt. Əmrimiz gəlincə, qaynaqlar qaynayıb daşınca hər növ (təsərrüfat heyvanı) və əleyhlərinə hökm verilmişlərin xaricindəki ailəni al. Zalımlara görə Mənə müraciət etmə; onlar boğulacaqlar."

Şuəra/26:118 "Mənimlə onların arasını ayır; məni və bərabərimdəki iman edənləri qurtar!"

Qamər/54:9 Onlardan öncə də Nuhun xalqı yalanlamışdı. Qulumuzu yalanlayıb, "Dəlidir" dedilər. Həqiqətən o əngəlləndi.

Nuh/71:26 Nuh dedi ki, "Rəbbim, yer üzündə tək bir inkarçı buraxma."
Nuh/71:28 "Rəbbim, məni, anamı, atamı, evimə iman edən olaraq girənləri, iman edən kişi və qadınları bağışla; Zalımların isə ancaq məhv olmalarını artır."