Ənbiya - 21:76
Daha öncə Nuh da Bizi çağırmışdı. Onu və ailəsini böyük sıxıntıdan qurtararaq duasına cavab verdik.
Nuh və ailəsinin qurtarıldığı sıxıntı:
Şuəra/26:116
Dedilər ki, "Bax, Nuh, bu davranışına bir son qoymasan daşqalaq edilənlərdən olacaqsan."
Nuh/71:21
Nuh dedi ki, "Rəbbim, onlar mənə qarşı gəldilər və parası (pulu), övladları özünə sadəcə zərər verən bir kimsəyə uydular."
Nuh/71:22
"Və hətta böyük hiylələr qurdular."
Qamər/54:10
Rəbbini çağırdı, "Mən məğlub oldum; Mənə yardım et."