Ənbiya - 21:79 Süleymana, doğru anlama bacarığı bağışladıq. Hər birinə bilgi və hikmət verdik. Davudun əmrinə dağları və quşları verdik. Biz bunları etmişdik.
Davudun əmrinə dağları və quşları verdik: Əlaqəli
Səba/34:10 Qatımızdan Davuda lütf bəxş etmişdik: "Ey dağlar, tərənnümünə qatılın; ey quşlar sizlər də." Ona dəmiri yumşaltmışdıq.

Nəml/27:15 Biz Davuda və Süleymana bilgi vermişdik və "Bizə, iman edən qullarının bir çoxundan daha çox bəxşiş edən Allaha təriflər olsun," demişdilər.
Nəml/27:16 Süleyman Davuda varis oldu. Dedi ki, “Ey insanlar, bizə quşların dilini anlamaq öyrədildi və bizə hər şeydən verildi. Bu, açıq-aşkar bir lütfdür."
Nəml/27:17 Süleyman üçün cinlərdən, insanlardan və quşlardan ordular əmələ gətirilmişdi və nizamla sövq edilirdilər.