Ənbiya - 21:82 Və onun üçün dalğıclıq edən və bununla yanaşı başqa işlər də görən şeytanları da... Onlara Biz nəzarət edirdik.
Şeytanlara biz nəzarət edirdik: Əlaqəli
Səba/34:12 Süleymana da, səhər gedişi bir ay(lıq yol gedən), axşam dönüşü də bir ay(lıq yol gedən) küləyi verdik və onun üçün petrol qaynağını fışqırdaraq axıtdıq. Rəbbinin izni ilə, cinlərdən də bir qismi əmrində çalışırdı. Onlardan kim əmrimizdən çıxarsa, ona çətin bir cəzanı daddırardıq.

Sad/38:37 Şeytanları da, bənnalar və dalğıclar olaraq...
Sad/38:38 Və zəncirlərlə bir-birinə bağlı gözləyən ehtiyatda olanları da...
Sad/38:39 "Bu Bizim bəxşişimizdir! İstəyirsən ver, istəyirsən tut saxla, tükənməz."