Ənbiya - 21:83
Əyyub da... Rəbbinə belə yalvarmışdı: "Mənə fəlakət üz verdi. Sən mərhəmətlilərin ən mərhəmətlisisən."
21: 83 ilə əlaqəli:
Sad/38:41
Qulumuz Əyyubu xatırla: "Rəbbim, şeytan mənə taqətsizlik və ağrı-acı toxundurdu," deyə Rəbbinə səslənmişdi.
Sad/38:42
"Ayağını yerə vur. Budur, yuyunacaq və içiləcək soyuq bir qaynaq."
Sad/38:43
Övladlarını bir qat əlavəsi ilə birlikdə ona geri verdik. Bu, ağıl sahiblərinə Bizdən bir rəhmət və mesajdır.
Sad/38:44
"İndi əlinə bir dəyənək alıb yola çıx. Andını pozma." Onu səbrli gördük. Nə yaxşı bir qul! Sürəkli yönəlirdi.