Ənbiya - 21:91 Və ismətini qoruyan qadın da... Həqiqətən ona ruhumuzdan üfürmüşdük. Onu və oğlunu bütün dünyaya bir işarət etdik.
İffətini qoruyan qadın kimdir?
Ali İmran/3:45 Mələklər demişdi ki: “Məryəm, Allah səni Özündən bir kəlmə ilə müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada da, axirətdə də öndərlərdəndir və (Tanrıya) yaxın olanlardandır.
Ali İmran/3:46 "Beşikdə ikən də, böyüyüncə də insanlarla danışacaq və yaxşılardan olacaq."
Ali İmran/3:47 (Məryəm): “Rəbbim! Mənə bir bəşər toxunmamışkən necə övladım ola bilər?” - deyincə, belə cavab verdi: “Allah istədiyini belə yaradır. Hər hansısa bir şeyin olmasını istədiyi an ona 'Ol' deyər və o şey olar.

Məryəm/19:16 Kitabda Məryəmi də xatırla. Ailəsindən ayrılıb şərq tərəfdə bir yerə çəkilmişdi.
Məryəm/19:17 Özü ilə onlar arasına bir pərdə çəkmişdi. Bu durumda ona Ruhumuzu göndərdik və önündə mükəmməl bir insan surətində formalaşdı.
Məryəm/19:18 (Məryəm) dedi, "Səndən Rəhmana sığınıram! Müttəqisənsə..."
Məryəm/19:19 (Mələk:) "Mən, sənə tərtəmiz bir oğlan uşağı vermək üçün görəvləndirilmiş Rəbbinin bir elçisiyəm," dedi.
Məryəm/19:20 (Məryəm:) "Mənə heç bir insan əli dəyməmiş və mən iffətsizlik etməmişkən necə olur ki, bir oğlum olur?" dedi.
Məryəm/19:21 (Mələk) dedi: "Elədir, Rəbbin, 'O iş Mənim üçün asandır. Onu insanlar üçün bir işarət və Bizdən bir rəhmət edəcəyik. Bu, artıq qərarlaşdırılmış bir işdir' deyir."

Təhrim/66:12 Və İmran qızı Məryəm də... O, iffətini qorudu, Biz də ruhumuzdan ona üflədik. O Rəbbinin kəlmələrinə və kitablarına iman etdi; itaət edənlərdən oldu.
Təhrim/66:12 Və İmran qızı Məryəm də... O, iffətini qorudu, Biz də ruhumuzdan ona üflədik. O Rəbbinin kəlmələrinə və kitablarına iman etdi; itaət edənlərdən oldu.