Ənbiya - 21:93 Fəqət onlar işlərində ayrılığa (ixtilafa) düşdülər; hamısı bizə dönəcəklər.
Ayrılığa düşdülər, məzhəblərə bölündülər:
Ənam/6:65 De ki: "Üstünüzdən və ya ayaqlarınızın altından sizə bir əzab göndərməyə, yaxud sizləri məzhəblərə bölüb bir-birinizin pisliyini daddırmağa Onun gücü yetər." Gör ayələrimizi necə izah edirik ki, bəlkə anlasınlar.
Ənam/6:153 Bax bu mənim ən doğru yolumdur. Ona tabe olun, başqa yollara uymayın; çünki onlar, sizi Onun yolundan ayırırlar. Bunlar, dinləyərsiniz deyə Onun sizə verdiyi öyüdlərdir.
Ənam/6:159 Dinlərini parçalara ayırıb qrup-qrup olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır; Sonra onlara vəziyyətlərini xəbər verəcəkdir.

Hicr/15:90 Eyni şəkildə o bölücülərlə də məşğul olacağıq.

Muminun/23:53 Fəqət, onlar işlərini müxtəlif kitablara ayırdılar. Hər qrup öz yanında olandan razı...

Rum/30:32 Onlar ki, dinlərini parçaladılar və məzhəb-məzhəb oldular. Hər partiya özünə aid (imam və kitab)larla sevinib öyünməkdədir.