Ənbiya - 21:98
Siz və Allahla yanaşı qulluq/xidmət etdikləriniz cəhənnəmin yanacağısınız; siz oraya girməyə layiqsiniz.
Allah Özündən başqasına qulluq/xidmət edərək ölənləri nə üçün əfv etməz?
Nisa/4:48
Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.
Nisa/4:116
Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.