Həcc - 22:15 Kim Allahın dünya və axirətdə ona yardım edə bilməyəcəyini sanırsa, göyə (Tanrıya) doğru yönəlsin və sonra (ümid bağladığı digərlərindən) ümidini kəssin sonra da yerinə yetirdiyi bu planın, onun canını sıxan hər şeydən qurtarıb qurtarmadığına bir baxsın.
İman edənlər Rəblərindən ümidlərini üzməz:
Hud/11:9 İnsana Özümüzdən bir rəhmət daddırsaq və sonra ondan geri alsaq, ümidsizliyə qapılar, nankorlaşar.

Yusuf/12:87 "Oğullarım, gedin, Yusufu və qardaşını araşdırın. Allahın rəhmətindən ümid kəsməyin. İnkar edənlərdən başqası Allahın rəhmətindən ümid kəsməz."

Ənbiya/21:90 Duasını qəbul etdik və ona Yəhyanı verdik. Onun üçün arvadının durumunu düzəltdik. Çünki onlar yaxşı işlərdə yarışırlar, Bizə ümid edərək və qorxaraq yalvarırdılar. Onlar Bizə hörmət edənlərdi.

Hicr/15:55 "Sənə gerçəyi müjdələdik, ümidini kəsmə," dedilər.
Hicr/15:56 "Azğınlardan başqa Rəbbinin rəhmətindən kim ümid kəsər?" dedi.

Məryəm/19:4 "Rəbbim, vücudumdakı sümük zəiflədi, başım da ağappaq ağarmışdı. Rəbbim, Sənə yalvardığımda, heç bir vaxt naümid olmadım."

Rum/30:48 Allah küləkləri göndərərək buludları sürüyər, onları istədiyi kimi göydə yayıb üst-üstə yığar və sən də onların arasından yağmurun çıxdığını görərsən. Qullarından istədiyinin üzərinə onu yağdırınca dərhal sevinərlər.
Rum/30:49 Halbuki onlar, onun (yağmurun) onların üzərinə yağmadan öncə ümidsiz idilər.

Zumər/39:53 Onlara bildir: "Özlərinə qarşı həddi aşan  qullarım, Allahın rəhmətindən ümid kəsməyin. Allah bütün günahları əfv edəndir. O, Bağışlayandır, Rəhmlidir."

Şura/42:28 Ümidlərini kəsmələrindən sonra yağmuru endirən və rəhmətini yayandır. O, Tərifəlayiq bir Dostdur.