Həcc - 22:18 Göylərdə və yerdə olan kimsələrin, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanlardan bəzisinin Allaha səcdə etdiklərini (boyun əydiklərini) görmürsənmi? Bir çoxu da əzaba layiq görülmüşdür. Allahın alçaltdığını kimsə şərəfli edə bilməz. Allah istədiyini edər.
Dirilmə günü alçaldılanlar:
Şura/42:45 Alçalmış və başları əyilmiş olaraq atəşə göndərilərlərkən göz ucu ilə çevrələrinə baxdıqlarını görərsən. İman edənlər, "Gerçək itkiyə məruz qalanlar, Dirilmə Günündə özlərini və ailələrini itirənlərdir. Zalımlar sürəkli bir əzaba məhkum olmuşdur," deyərlər.

Ali İmran/3:106 O gün bəzi üzlər ağarar, bəzi üzlər isə qaralar. Üzləri qaralan kəslərə: “İman etdikdən sonra inkarmı etdiniz? İnkarınıza görə əzabı dadın."
Ali İmran/3:192 "Rəbbimiz, Sən kimi atəşə salarsansa əlbəttə onu rəzil etmiş olursan. Zalımlara yardım edən olmaz."

Yunus/10:27 Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.

İbrahim/14:49 O gün günahkarları, zəncirlərə vurulmuş olaraq görərsən.
İbrahim/14:50 Geyimləri qatrandandır və üzlərini atəş bürüyər.
İbrahim/14:51 Beləcə Allah hər kəsə qazandığının qarşılığını verir. Allah tez haqq-hesab çəkəndir.

Nəhl/16:27 Sonra, Dirilmə günündə onları rəzil edər və: "Uğrunda mübahisə edərək mücadilə etdiyiniz 'ortaqlarım' haradadır?" deyər. Özlərinə bilgi verilənlər də belə deyərlər: "Bu gün rəzillik və pislik kafirlərədir."

Ta ha/20:102 Boruya üfürüləcəyi gün, günahkarları o gün göyərmiş (kədərdən üzlərinin bozarmış) olaraq toplayarıq.

Rahmən/55:41 Günahkarlar üzlərindən tanınar və zorla götürülərlər.


Əbəsə/80:42 Bax onlar inkar edənlərdir, yoldan çıxanlardır.