Həcc - 22:19
Bax bunlar, Rəbləri haqqında mübahisə edən iki zidd qrupdur. İnkarçılar üçün atəşdən paltarlar biçilər və başlarından aşağı qaynar su tökülər.
Allah haqqında mübahisə; Muhəmməd peyğəmbər ilə İsa və Üzeyir peyğəmbərləri Rəbb seçən Kitab əhli və yenə Muhəmməd peyğəmbər ilə mübahisə edən, mələkləri Rəbb seçən ümmilər:
Bəqərə/2:139
De: “Bizimlə Allah haqqındamı mübahisə edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Biz etdiklərimizə, siz də etdiklərinizə cavabdehsiniz. Biz özümüzü sadəcə Ona həsr etdik."
Bəqərə/2:140
İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."
Ali İmran/3:59
Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.
Ali İmran/3:60
Bu, Rəbbindən gələn gerçəkdir; şübhə edənlərdən olma.
Ali İmran/3:61
Sənə gələn bu bilgidən sonra hər kim bu mövzuda səninlə mübahisə edərsə, de ki: “Gəlin övladlarımızı, övladlarınızı, qadınlarımızı, qadınlarınızı çağıraraq biz və siz (hamılıqla) bir araya gələk və sonra Allahın lənətinin yalançıların üzərinə olması üçün lənətləşək."
Ali İmran/3:62
Məhz, deyilənlərin gerçəyi budur. Allahdan başqa heç bir tanrı yoxdur və əlbəttə Allah Güclüdür, Hikmət Sahibidir.
Zuxruf/43:57
Məryəm oğlu bir örnək olaraq göstərilincə sənin xalqın dərhal rədd etdilər.
Zuxruf/43:58
"Bizim tanrılarımızmı daha yaxşıdır, yoxsa o?" dedilər. Sadəcə səninlə mübahisə etmək üçün bunu söylədilər. Onlar gerçəkdə, davakar bir camaatdır.
Nəcm/53:19
Gördünüzmü (dişi bütləriniz olan) Lat və Uzzanı?
Nəcm/53:20
Və üçüncüləri olan Mənatı?
Nəcm/53:21
Erkəklər sizin və dişilər Onunmu?
Nəcm/53:22
Necə də insafsız bir paylaşmadır!
Nəcm/53:23
Onlar, sizin və atalarınızın qoyduğu isimlərdən başqa bir şey deyildir və Allah onlar üçün heç bir dəlil nazil etməmişdir. Onlara, Rəblərindən bir yolgöstərici gəldiyi halda, sadəcə zehinlərindəki yanlış düşüncələrinin və şəxsi arzularının ardınca gedirlər.