Həcc - 22:24 Onlar sözün gözəlinə yönəldilmişlərdir, onlar Ən Çox Təriflənənin yoluna yönəldilmişlərdir.
Allahın onlara verdiyi ən gözəl sözə, vədə yönəldilmişlərdir, onlara verilən ən gözəl söz, vəd gerçəkləşmişdir:
Əraf/7:137 Ölkənin məhsuldar etdiyimiz şərq və qərb hissələrinə xor görülən və zəif salınan insanları mirasçı etdik. Sıxıntılara müqavimət göstərdikləri üçün, Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz gerçəkləşdi. Firon və xalqının qurduqları quruluş və qurumları da yerlə bir etdik.

Ta ha/20:86 Musa, qəzəbli və məyus halda xalqının yanına döndü və, "Xalqım, Rəbbiniz sizə gözəl bir söz verməmişdimi? Gözləyə bilmədinizmi? Yoxsa Rəbbinizin qəzəbinə uğramaq üçünmü mənimlə etdiyiniz sözləşməni pozdunuz," dedi.

Məryəm/19:61 Rəhmanın qulları üçün söz verdiyi, hislərdən kənar Ədn cənnətlərinə... Onun sözü, şübhəsiz yerinə yetəcəkdir.

Əraf/7:44 Cənnət əhli cəhənnəm əhlinə səslənər: "Rəbbimizin bizə söz verdiyinin gerçək olduğunu gördük. Rəbbinizin sizə söz verdiyini, siz də gerçək olaraq gördünüzmü?" "Bəli!" deyərlər. Biri aralarında bunu elan edər: "Allahın lənəti zalımların üzərinə olsun."