Həcc - 22:30 Bax belə! Kim Allahın qadağalarına hörmət göstərərsə, Rəbbinin yanında özü üçün daha yaxşıdır. Sizə xüsusilə bildirilənlərin xaricindəki bütün kənd təsərrüfatı heyvanları halal (qanuni) edilmişdir. O halda bütpərəstliyin fəlakətindən çəkinin, yalan sözdən ehtiyat edin.
Xüsusilə bildirilən haram kənd təsərrüfatı heyvanları:
Ənam/6:145 De ki: "Mənə vəhy edilənlər içində, yeyən birisi üçün bunlardan başqa haram edilmiş bir maddə görmürəm: Leş, axıdılmış qan, donuzun əti - ki pisdir, Allahdan başqasına azğınca nəzir edilmiş yeyəcəklər." Məcburiyyətdə qalan bir kimsə, istəkli olmazsa və həddi aşmazsa, şübhəsiz sənin Rəbbin Bağışlayandır, Rəhmlidir.

Nəhl/16:115 Sizə yalnızca leş, qan, donuz əti və Allahdan başqası üçün nəzr edilənləri haram etmişdir. Kim (bunları yemək) məcburiyyətində qalarsa, istəkli olmamaq və həddi aşmamaq şərtiylə Allah Bağışlayandır, Rəhmlidir!

Bəqərə/2:173 O, sizə sadəcə leşi, qanı, donuz ətini və Allahdan başqası adına kəsiləni haram etmişdir. Hər kim (bunları yeməyə) məcbur qalarsa, (sui-istifadə yolunu) axtarmamaq və həddi aşmamaq şərti ilə günah işləmiş olmaz. Allah Bağışlayandır, Rəhmlidir.