Həcc - 22:35 Onlar elə kimsələrdir ki, Allahdan bəhs edildiyində ürəkləri ürpərir. Başlarına gələnə səbr edərlər, namazı qoruyarlar və onlara verdiyimiz ruzidən yardım üçün xərcləyərlər.
Allahdan söz edildiyi zaman, iman edənlərin ürəkləri ürpərər:
Ənfal/8:2 İman edənlər elə kimsələrdir ki, Allah xatırlandığında ürəkləri titrəyər, Onun ayələri onlara oxunduğunda imanları artar və Rəblərinə güvənərlər.

Rad/13:28 Onlar ki, iman edirlər və qəlbləri Allahı xatırlamaqla hüzur tapır. Biləsiniz ki, qəlblər Allahı xatırlamaqla rahatlaşır.

Zumər/39:23 Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.