Həcc - 22:37 Allaha nə onların ətləri, nə də qanları yetişir; Ona ancaq sizin müttəqi davranışınız yetişir. Onları beləcə sizin xidmətinizə vermişdir ki, sizi doğruya yetişdirdiyi üçün Allahın böyüklüyünü xatırlayasınız.
Doğru (yola) götürdüyü üçün Allahın böyüklüyünü xatırlayasınız:
Əraf/7:43 Kökslərindən kin və qısqanclıq duyğularını çıxardıq. Altlarından çaylar axarkən: "Bizi buna yetişdirən Allaha təriflər olsun. Allah bizi doğruya yönəltməsəydi biz doğrunu tapa bilməzdik. Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər," dedilər. Onlara: "Bax bu Cənmət sizindir. Etdiklərinizə qarşılıq olaraq onu miras aldınız," deyə səsləndik.