Həcc - 22:40
Onlar (o kəslər) ki, yalnızca, "Rəbbimiz Allahdır" dedikləri üçün haqsız yerə ölkələrindən çıxarıldılar. Allah insanların bəzisini, bəzisinə qarşı müdafiə etməsəydi, içərilərində Allahın isminin daha çox xatırlandığı monastır, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, əlbəttə yardım edəcəkdir. Allah əlbəttə Güclüdür, Üstündür.
Allah insanların bir qismini bir qisminə qarşı müdafiə etməsəydi:
Bəqərə/2:251
Nəhayət Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və anlayış verdi, ona istədiyini öyrətdi. Allah insanların bir qismini bir qismi ilə müdafiə etməsəydi yer üzü fəsada uğrayardı. Fəqət Allah bütün məxluqata qarşı lütf sahibidir.
Ənfal/8:73
İnkar edənlər də bir-birlərinin dostudur. Bu əmrləri tətbiq etməsəniz, yer üzündə xaos və böyük bir fəsad olar.