Həcc - 22:47
Sənə əzabı gətirməyin üçün meydan oxuyurlar. Allah sözünü pozmaz. Rəbbinin qatında bir gün, onların hesabıyla min il kimidir.
Məqsəd nədir?
Ənam/6:2
O ki sizi palçıqdan yaratdı, sonra ömür müddəti müyyən etdi. Müəyyən edilmiş müddət Onun qatındadır. Siz isə hələ də şübhə edirsiniz.
Əraf/7:187
Səndən o saatın (dünyanın sonunun) nə zaman gələcəyini soruşurlar. "Onun bilgisi Rəbbimin yanındadır," de. Onu vaxtı gəlincə Ondan başqası ortaya çıxarmaz. Göylərə və yerə ağır gələn o saat sizə qəflətən gələcəkdir. Sanki ondan xəbərdarsanmış kimi səndən soruşurlar. "Onun bilgisi Allahın yanındadır," de. Fəqət insanların çoxu bilməz.
Ta ha/20:129
Rəbbinin verilmiş bir sözü və öncədən müəyyən etdiyi plan olmasaydı, bunların da icabına dərhal baxılardı.
Ənkəbut/29:53
Əzabı gətirməyin üçün sənə meydan oxuyurlar! Müəyyən etdiyimiz bir zaman olmasaydı, o əzab onlara gələcəkdi. Onlara qəflətən, xəbərləri olmadan gələcəkdir.
Səba/34:29
"Doğru söyləyirsinizsə, o söz nə zaman gerçəkləşəcəkdir?" deyərək meydan oxuyurlar.
Səba/34:30
De ki, "Sizə bir saat gecikməyəcək, bir saat da tez gəlməyəcək, müəyyən edilmiş bir gününüz vardır."
Fatir/35:45
Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.
Şura/42:21
Yoxsa Allahın izni olmadığı halda onlar üçün dini qaydalar və qanunlar ortaya qoyan ortaqlarımı var? Daha öncə müəyyən edilmiş bir qərar olmasaydı, onların arasında hökm verilərdi. Zalımlara ağrılı-acılı bir əzab vardır.