Həcc - 22:6 Çünki, Allah tək gerçəkdir; Ölüləri dirildir; hər şeyə gücü yetər.
Allah tək gerçəkdir, Onunla yanaşı qəbul etdikləri batildir/əsassızdır:
Həcc/22:6 Çünki, Allah tək gerçəkdir; Ölüləri dirildir; hər şeyə gücü yetər.

Loğman/31:30 Çünki Allah gerçəkdir. Ondan başqa çağırdıqları batildir və Allah Ən Uca və Ən Böyükdür.

Həcc/22:62 Bu gerçəkləşəcəkdir. Çünki Allah Gerçəkdir, Ondan başqa yalvardıqları isə gerçək olmayandır və Allah Ucadır, Böyükdür.

İsra/17:2 Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."

İbrahim/14:52 Bu, insanlar üçün bir bildirişdir. Bu xəbərdarlığı dinləsinlər, Onun yalnız Tək Tanrı olduğunu bilsinlər və ağıl sahibləri öyüd alsınlar.