Həcc - 22:73 Ey insanlar! Məhz sizin üçün, diqqətlə dinləyə biləcəyiniz bir örnək: Allahla yanaşı qulluq/xidmət etdikləriniz, toplansalar da bir milçək belə yarada bilməzlər. Hətta milçək onlardan bir şey qapsa, onu ondan geri ala bilməzlər. İstəyən də aciz, istənən də...
Allahdan başqa çağırdıqları bir şey yarada bilməz:
Fatir/35:40 De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.

Həcc/22:73 Ey insanlar! Məhz sizin üçün, diqqətlə dinləyə biləcəyiniz bir örnək: Allahla yanaşı qulluq/xidmət etdikləriniz, toplansalar da bir milçək belə yarada bilməzlər. Hətta milçək onlardan bir şey qapsa, onu ondan geri ala bilməzlər. İstəyən də aciz, istənən də...

Əhqaf/46:4 De ki: "Allahdan başqa yalvardıqlarınıza bir baxın. Onların yerdən nəyi yaratdığını mənə göstərin. Yoxsa göylərdə onların bir ortaqlığımı var? Bundan öncə bir kitab və ya bir elmi sənəd gətirin, doğru sözlüsünüzsə?"

Nəhl/16:20 Allahdan başqa çağırdıqları kəslər heç bir şey yarada bilməzlər, əksinə özləri yaradılmışlardır.

Loğman/31:11 Bu Allahın yaratmasıdır. Ondan başqasının nələr yaratdığını mənə göstərin. Zalımlar, gerçəkdən açıq-aşkar bir azğınlıq içindədirlər.

Furqan/25:3 Buna rəğmən Onunla yanaşı, bir şey yarada bilməyən, özləri yaradılan, özlərinə belə fayda və zərər verə bilməyən, öldürə bilməyən, yaşada bilməyən və dirildə bilməyən bir neçə tanrılar qəbul etdilər.

Əraf/7:191 Bir şey yarada bilməyən, əksinə yaradılmış olan şeylərimi ortaq qoşurlar?

Ənbiya/21:21 Onlar, yer üzündən (özlərinə) dirildə bilmə bacarığına sahib olan tanrılarmı qəbul etdilər?