Həcc - 22:75
Allah mələklərdən və insanlardan elçilər seçər. Əlbəttə, Allah Eşidəndir, Görəndir.
Allah mələklərdən və insanlardan elçilər seçər: Nə üçün?
Nəhl/16:2
Qullarından istədiyinə, mələkləri vəhylə endirərək, əmrini çatdırır: "İnsanlara xəbərdarlıq edin: Məndən başqa tanrı yoxdur və Məni dinləyin."
Şura/42:51
Allah bir insanla ancaq vəhy yolu ilə və ya bir pərdə arxasından əlaqə qurar, yaxud bir elçi göndərib izni ilə istədiyini vəhy edər. O, Ucadır, Hikmət Sahibidir.