Həcc - 22:78
Və Allah uğrunda lazımi cəhdi və fəaliyyəti göstərin. Odur sizi seçən. O, atanız İbrahimin yolu olan bu dini, sizin üçün çətin və ağır etmədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizi, daha öncə də, indi də "Müsəlmanlar=Təslim olanlar" olaraq adlandıran Odur. Namazı qoruyun, zəkatı verin və Allaha sarılın; Mövlanız (Sahibiniz) Odur. Nə gözəl Sahib və nə gözəl Yardımçıdır!
Sizi seçən Odur: Məqsəd nədir?
Ənam/6:165
O ki sizi yer üzünün mirasçıları etdi, və sizə verdikləriylə sizi sınamaq üçün kiminizi kiminizə dərəcələrlə üstün etdi. Rəbbin tez nəticələndirəndir. Bağışlayandır, Rəhmlidir.
Yunus/10:14
Sonra, nə edəcəyinizi görmək üçün onların yerinə sizi yer üzünə varis etdik.
Əhzab/33:43
O ki, sizi qaranlıqlardan nura (aydınlığa) çıxarmaq üçün mələkləri ilə birlikdə sizi dəstəkləyir. O, iman edənlərə qarşı Rəhmlidir.
Maidə/5:6
Ey iman edənlər! Namaza qalxdığınız zaman yuyun; üzünüzü, dirsəklərə qədər əllərinizi. Sığallayın: başınızı və topuqlara qədər ayaqlarınızı, əgər cinsi əlaqədə olmuşsunuzsa yuyunun. Xəstə və ya səfərdəsinizsə, yaxud ayaq yolundan gəlmiş, yaxud qadınlarla cinsi əlaqədə olmuş və su tapa bilməmişsinizsə, təmiz bir torpağa yönəlib üzünüzü və qollarınızı onunla sığallayın. Allah sizi çətinliyə salmaq istəməz. Ancaq sizi təmizləmək və üzərinizdəki nemətini tamamlamaq istəyir. Ola bilər ki, şükür edərsiniz.
Cumuə/62:2
O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.