Həcc - 22:8
İnsanlardan bəzisi, bir bilgiyə, bir yol göstəriciyə və aydınladan bir kitaba sahib olmadan Allah haqqında mübahisə edər.
Aydınladan kitab (Quran):
Talaq/65:11
Bir elçi göndərmişdir. İman edib müttəqi davrananları qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Allahın açıq-aşkar ayələrini oxuyur. Kim Allaha iman edər və müttəqi davranarsa, onu içində çaylar axan cənnətlərə daxil edər; orada əbədi qalarlar. Allah ona gözəl ruzi vermişdir.
Hədid/57:9
Sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna açıq-aşkar ayələri nazil edən Odur. Şübhəsiz, Allah sizə qarşı Şəfqətlidir, Rəhmlidir.
Əraf/7:203
Onlara bir möcüzə gətirmədiyin zaman: "Möcüzə istəsəydin nə olardı?" deyərlər. De ki: "Mən, ancaq Rəbbimdən mənə vəhy edilənə tabe oluram." Bunlar, Rəbbinizdən aydınlatmalardır, iman edən bir camaat üçün bir hidayət və rəhmətdir.
Bəqərə/2:257
Allah iman edənlərin Hökmdarı və Dostudur; onları qaranlıqlardan aydınlığa çıxarır. İnkar edənlərin dostları isə azğın kəslərdir; onları aydınlıqdan qaranlığa çıxarırlar. Onlar atəş xalqıdır, onlar orada sürəkli qalacaqlar.
Maidə/5:15
Kitab əhli, kitabın gizlədiyiniz bir çox bölümünü açıqlayan və bir çoxunu da üzünüzə vurmayan elçimiz gəldi sizə. Allahdan bir nur və açıq-aşkar bir kitab da gəldi sizə.
Maidə/5:16
Onunla Allah, rizasına diqqət edənləri barış və hüzur yollarına yönəldir. İzniylə onları qaranlıqlardan aydınlığa çıxararaq onları ən doğru yola yönəldir.
İbrahim/14:1
Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...
Əhzab/33:43
O ki, sizi qaranlıqlardan nura (aydınlığa) çıxarmaq üçün mələkləri ilə birlikdə sizi dəstəkləyir. O, iman edənlərə qarşı Rəhmlidir.