Muminun - 23:103 Tərəziləri yüngül gələnlər isə, onlar, şəxsiyyətlərini itirənlərdir. Cəhənnəmdə əbədi qalacaqlar.
Tərəziləri yüngül gələnlər:
Muminun/23:104 Onlar orada pərişan vəziyyətdə ikən, atəş də üzlərini yalayacaqdır.
Muminun/23:103 Tərəziləri yüngül gələnlər isə, onlar, şəxsiyyətlərini itirənlərdir. Cəhənnəmdə əbədi qalacaqlar.
Muminun/23:105 Ayələrim sizə oxunmurdumu və siz də onları yalanlamırdınızmı?

Əraf/7:8 O gün tərəzi doğrudur. Tərəziləri ağır gələnlər – uğur qazananlardır.
Əraf/7:9 Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsız davranaraq şəxsiyyətlərini itirənlərdir.


Ənbiya/21:47 Dirilmə günü üçün ədalət tərəziləri qurarıq. Kimsəyə heç bir haqsızlıq edilməz. Xardal dənəsi qədər bir ağırlığı belə hesaba qatacağıq. Biz, Hesab Çəkən olaraq yetərik.

Zəlzələ/99:7 Kim bir atom ağırlığında yaxşılıq edərsə, onu görər.
Zəlzələ/99:8 Və kim bir atom ağırlığında pislik edərsə, onu görər.