Muminun - 23:13
Sonra onu sağlam bir gözləmə yerində bir damcı halına gətirdik.
İnsanın sağlam gözləmə yeri:
Əhqaf/46:15
Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.
Zumər/39:6
Sizi tək bir nəfərdən yaratdı. Sonra ondan da həmtayını yaratdı. Sizə səkkiz cür kənd təsərrüfatı heyvanı endirdi. Sizi analarınızın qarınlarında, üç qaranlıq içərisində yaradılışdan yaradılışa keçirərək yaratmaqdadır. Rəbbiniz olan Allah bax budur. Hökmranlıq Ona aiddir. Ondan başqa tanrı yoxdur. Necə olur ki, çevrilirsiniz?
Həcc/22:5
Ey insanlar, dirilmə mövzusunda şübhə edirsinizsə, (xatırlayın ki,) sizi torpaqdan, sonra bir damcıdan, sonra asılı olan bir maddədən (embriondan), sonra şəklə salınmış və salınmamış bir döldən yaratdıq. Beləcə sizə bildiririk. Nəyi istəmişiksə müəyyən bir müddətə qədər onu rəhimlərdə tutub saxlayarıq. Sonra sizi bir uşaq olaraq çıxararıq və ardından böyüyüb yetkinlik çağına yetişirsiniz. Kiminizin həyatına son verilər, kiminizin də (ömrü) ən pis yaşa qədər çatdırılar. Beləcə bir bilgiyə sahib olduqdan sonra bir şey bilməz olsun. Torpağı quru və ölü görərsən, ancaq üzərinə su yağdırdığımız zaman titrəyib qabarar və bitirər cürbəcür gözəl bitkilər.
Ali İmran/3:6
Bətnlərdə sizə istədiyi şəkildə surət verən Odur. Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.
Ali İmran/3:35
İmranın arvadı demişdi ki: “Rəbbim! Qarnımdakı (uşağı) tamamiylə Sənə nəzir etdim. Etdiyim nəziri qəbul et! Sən Eşidənsən, Bilənsən”.
Əraf/7:189
O Sizi tək bir nəfsdən (eyni genetik xüsusiyyətdən) yaratdı. Ondan da zövcəsini yaratdı ki, sükunət tapsın. Zövcəsinə yaxınlaşınca, yüngül bir yüklə yükləndi və onunla dolaşdı. Yükü ağırlaşınca hər ikisi Rəbləri Allaha: "Bizə qüsursuz bir övlad verərsən şükür edənlərdən olacağıq," deyə yalvardılar.
Nəhl/16:78
Allah sizi analarınızın qarnından çıxardığı zaman bir şey bilmirdiniz. Sizə eşitmə, görmə duyğuları və beyinlər verdi ki, şükür edəsiniz.