Muminun - 23:3 Boş sözlərdən üz çevirirlər.
İman edənlər boş şeylərdən üz çevirərlər:
Ənam/6:68 Ayə və möcüzələrimizi lağlağıya qoyanları gördüyün vaxt, başqa bir söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdurarsa, xatırladıqdan sonra belə zalım kimsələrlə birlikdə oturma.

Furqan/25:63 Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.
Furqan/25:72 Onlar yalan (yerə) şahidçilik etməzlər. Boş sözlərlə qarşılaşdıqlarında əhəmiyyət verməyib keçərlər.

Qasas/28:55 Boş sözləri eşitdiklərində ondan üz çevirərlər və "Bizim işimiz bizə, sizin işiniz sizə. Sizə salam (sülh) olsun! Biz cahillərlə məşğul olmaq  istəmirik!" deyərlər.

Muzzəmmil/73:10 Onların sözlərinə qarşı səbrli ol və onlardan gözəl şəkildə ayrıl.

Nisa/4:140 Sizə kitabda bildirmişdir ki: Allahın ayələrinin inkar edilib məsxərəyə qoyulduğunu eşitdiyiniz zaman, onlar başqa bir sözə keçincəyə qədər onlarla birlikdə oturmayın; yoxsa siz də onlar kimi olarsınız. Allah bütün ikiüzlüləri (münafiqləri) və inkar edənləri Cəhənnəmdə toplayacaqdır.