Muminun - 23:41
Qorxunc fəlakət onları bərabərcə yaxaladı və beləcə onları zibil yığınına çevirdik. O zalım xalq məhv olmağa layiq idi.
Nuhdan sonrakı bu soyun yox edilməsinin təfsilatı:
Əhqaf/46:24
Nəhayət onun yayılaraq vadilərinə yönəlmiş olduğunu gördüklərində, "Bu, bizə yağmur yağdıracaq bir buluddur," dedilər. Xeyr, bu sizin gəlməsi üçün meydan oxuduğunuz ağrılı-acılı əzaba sahib bir fırtınadır.
Zəriyət/51:41
Ad xalqında da (bir dərs vardır). Üzərlərinə qorxunc bir ruzgar göndərdik.
Qamər/54:18
Ad (qövmü) də yalanladı. Cəzalandırmağım və xəbərdarlıqlarım necə imiş!
Qamər/54:19
Uğursuzluq üstünə uğursuzluğa sahib bir gündə üzərlərinə vəhşi bir ruzgar göndərdik.
Qamər/54:20
İnsanları, sanki köklərindən qopardılmış xurma kötükləri kimi yıxırdı.
Haqqə/69:6
Ad (xalqı) isə sərt və azğın bir qasırğa ilə məhv edildi.
Haqqə/69:7
Onu, yeddi gecə və səkkiz gün boyunca üzərlərinə bir bəla olaraq saldı. (O) xalqın, çürümüş xurma gövdələri kimi yerə yıxıldıqlarını görərsən.