Muminun - 23:47 "O ikisinin xalqı bizə köləlik etdiyi halda, indi biz tutub bizim kimi iki insanamı iman edək?" dedilər.
Firon Musa və Harunun xalqını kölələşdirdi:
Qasas/28:3 İman edən bir camaat üçün, Musa ilə Fironun bəzi xəbərini sənə doğru olaraq anlatmaqdayıq.
Qasas/28:4 Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.